Kafedə musiqi sifarişi üstündə öldürülən və yaralanan hərbçilərdir

Bakıda kafedə musiqi sifarişi üstündə baş verən davada ölən və xəsarət alan şəxslərlə bağlı bəzi məqamlar ortaya çıxıb.

Hadisə zamanı 1988-ci il təvəllüdlü Vəliyev Cəsarət Baxış oğlu və 1994-cü il təvəllüdlü Həsənov Camal Hafiz oğlu bıçaqlanıb.

Cəsarət Vəliyev aldığı bıçaq xəsarətlərindən ölüb. Camal Həsənov isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Ölən və xəsarət alan şəxslər Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Zeynalov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.

Hazırda istintaq-əməliyyat tədbirləri davam edir. (APA)

 

Baş Gizir Cəsarət Vəliyev 44 günlük “Vətən Müharibəsi”ndə və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əvvəlki məqalə

“Rusiyanın Suriyadakı hərbi mövcudluğu müvəqqəti olmamalıdır”

Sonrakı məqalə

“Ölkəmizdə seysmologiya sahəsində ixtisaslaşdırılmış kadrlara ehtiyac var”