Rişi Sunak və Zelenski Ukraynada son vəziyyəti müzakirə edib

Birləşmiş Krallığın Baş naziri Rişi Sunak bu gün Ukrayna Prezidenti Vladimir Zelenksi ilə telefonla danışıb.

Prezident Zelenski Baxmutdakı son vəziyyətlə bağlı Rişi Sunaka məlumat verib və liderlər Ukrayna Silahlı Qüvvələri tərəfindən şəhərin müdafiəsini müzakirə ediblər.

Rişi Sunak son günlərdə fransalı, amerikalı və avstraliyalı həmkarları ilə apardığı müzakirələri qeyd edərək, Birləşmiş Krallığın Ukraynanın lazım olan müdafiə avadanlığı almasını təmin etmək üçün müttəfiqləri ilə yaxından işləməyə davam etdiyini söyləyib.

Ukrayna qüvvələrinin Birləşmiş Krallıqda davam edən təlimlərini müzakirə edən Baş nazir dəniz piyadalarının bu gün təlimlərdə olduqlarını deyib.

Hər iki lider bu təlim proqramına fransız qüvvələrinin əlavə edilməsinin Ukraynaya döyüş meydanında əlavə üstünlük əldə etməyə kömək edəcəyi ilə bağlı razılığa gəliblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.