“Ukraynada nüvə silahı ilə bağlı petisiya təhlükəli tendensiyadır”- PESKOV

“Ukraynada nüvə silahı ilə bağlı petisiya təhlükəli tendensiyadır”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, belə sənədlərin heç də hamısını ciddi qəbul etmək olmaz, lakin hətta hipotetik təhlükə də Rusiya tərəfindən diqqətdən kənarda qala bilməz.

“Bu mövzunun gündəmə gətirilməsi yeni xəbər deyil. İki il əvvəl Münhen konfransını xatırlayaq, həmin vaxt prezident Vladimir Zelenski özü belə bir ehtimaldan danışmışdı. Bu isə daha bir təhlükəli tendensiyadır”, – Peskov deyib.

Qeyd edək ki, Ukrayna prezident ofisinin saytında ölkəyə nüvə dövləti statusunun qaytarılmasını tələb edən petisiya yayılıb. Sənəddə qeyd olunur ki, Kiyev nüvə silahına malik olmasa da, ölkənin ondan istifadə etmək hüququ olmalıdır.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.