Türkiyə prezidenti Ərdoğan İsrail polisinin Əl-Əqsa məscidində namaz qılan fələstinlilərə hücumuna reaksiya verib.
Ərdoğan “Türkiyə hücumlar qarşısında səssiz qala bilməz. Əl-Əqsaya əl uzatmaq, “Hərəmi Şərif”in müqəddəsliyini tapdalamaq bizim qırmızı xəttimizdir. Bu, zülm və təxribat siyasətidir” deyib.
İsrailin Əl-Əqsaya basqın etməsinə reaksiya göstərən dövlət başçısı deyib: “Müsəlmanların birinci qibləyə qarşı alçaq hərəkətlərini qınayıram və hücumların bir an əvvəl dayandırılmasına çağırıram. Aydın olur ki, zorakılıq dalğasının arxasında İsrail rəhbərliyinin bütün xəbərdarlıqlara baxmayaraq göstərdiyi zorakılıq dalğasının arxasında ölkə daxilində yaşanan siyasi böhran var. Bunun adı zülm siyasətidir, təxribatdır. Fələstinli qardaşlarımızı yalqız buraxmayacağıq. Bu zoraklığı qınayır, İsraili belə hücumların qarşısını almağa çağırırıq”.
Azpost.info
