Mərkəzi Bankın ucuzlaşıb-bahalaşan sorğusu

Mərkəzi Bank

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Principal” MMC ilə satınalma müqaviləsi bağlayıb.

Azpost.info xəbər verir ki, maliyyə dəyəri 94 350 AZN təşkil edən müqavilədə Mərkəzi Bank üçün “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun keçirilməsi üzrə xidmətin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Principal” MMC 26 oktyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Xocalı küçəsi, ev 37-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdurrəhmanov Orxan Əlisəfa oğludur. Orxan Abdurahmanov həmçinin “Grow Audit & Consulting” MMC-nin səhmdarı və direktorudur.

“Principal” MMC barəsində isə hər hansı məlumat yoxdur. Bəlli olan odur ki, Mərkəzi Bank 2021 və 2020-ci illərdə də bu şirkətlə eyni ximdətin satın alınması ilə bağlı müqavilə bağlayıb.

2021-ci ilin əvvəlində bağlanan müqavilənin maliyyə dəyəri 76 min manat, ilin sonunda imzalanan müqavilənin maliyyə dəyəri isə 74 min manat olub. 2020-ci ildə isə bu xidmətə 90 min manat xərclənib. Maraqlıdır ki, 2021-ci ildə ondan əvvəlki illə müqavisədə təxminən 20 min manat ucuz başa gələn xidmət bu il 20 min manat baha başa gəlib.

Hüseyn

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.