Türkiyədə satılan hər 3 evdən birini ruslar alır- RƏQƏMLƏR

Türkiyədə daşınmaz əmlak alan əcnəbilərin sayında nəzərəçarpacaq azalma müşahidə olunur.

Azpost.info xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə martda daşınmaz əmlak satışı 38,7 faiz azalıb.

Mart ayında əcnəbilərə 3415 əmlak satılıb ki, bunun da 1324-ü Antalyanın payına düşüb. Sonrakı yerləri ardıcıllıqla İstanbul (1090) və Mersin (240) tutur.

Alıcılar arasında Rusiya vətəndaşları öndə gedir. Qeyd oluanan dövrdə Türkiyədə satılan hər üç evdən birinə ruslar sahib olublar.

“Mart ayında Rusiya vətəndaşları Türkiyədən 1175 ev alıb. İkinci yerdə İran (472) , üçüncü yerdə İraq (165) və son sırada Ukrayna (160) gəlir”, – Türkiyənin “Dünya” nəşri yazır.

Ümumilikdə mart ayında Türkiyədə 105 476 ev satılıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.