İran prezidenti Səudiyyə kralını Tehrana dəvət edib

İran prezidenti Səudiyyə Kralı Salman ibn Abdul Əzizi İrana dəvət edib. 

Azpost.info Tasnim-ə istinadən bildirir ki, bu barədə İran XİN-nin sözçüsü Nasir Kanani brifinqdə bildirib.

“Prezident İbrahim Rəisi Kral Salman ibn Abdul Əzizin Səudiyyə Krallığına səfər dəvətini qəbul edib. Cavab məktubunda prezident kralı Tehrana səfərə dəvət edib”-deyə Kanani vurğulayıb.

Onun sözlərinə görə, dəvət məktubu Səudiyyə kralına göndərilib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.