Moskvada Qırmızı Meydan iki həftə bağlı qalacaq

Moskvada Qırmızı Meydan iki həftə ziyarətçilər üçün tamamilə bağlı olacaq.

Azpost.info xəbər verir ki, aprelin 27-dən mayın 10-dək olan müddətdə 9 May Qələbə Gününün qeyd olunmasına hazırlıqla əlaqədar ölkənin baş meydanında gəzmək mümkün olmayacaq.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Mayın 9-da ənənəvi olaraq parad keçirilir. Bu il parad Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunub. Tədbirdə 10 mindən çox hərbçi iştirak edəcək. Parad məşqinin mayın 7-də keçirilməsi gözlənilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.