Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Azərbaycan Qarabağı tam nəzarətə götürməyə yaxınlaşır” –

User 25 Aprel 2023 - 13:52 (Last updated: 21 May 2025 - 20:15)
lacin serhed az

“Laçın dəhlizində Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsi qurulması o deməkdir ki, indi Azərbaycan hərbçiləri logistikaya tam nəzarət edirlər. İrəvan bu tədbirin cavabında yalnız hiddətlənə bilər”.

Azpost.info bildirir ki, bu barədə “Kommersant” qəzetində dərc edilmiş “Ermənistan məntəqə qarşısında qalıb. Azərbaycan Qarabağı tam nəzarətə götürməyə yaxınlaşır” adlı məqaləsində deyilir.

Məqalədə qeyd edilir ki, nəzarət-buraxılış məntəqəsi qurulması həm İrəvanda, həm də Qərbdə və Rusiyada narahatlığa səbəb olub. Lakin bu qəbildən olan bəyanatlar Bakıya ciddi təsir göstərməyib.

Nəşrin Rusiya dövlət strukturlarındakı müsahibinin, – regionda vəziyyətlə yaxşı tanış olan şəxsin, – fikrincə, hadisələrin bu cür gedişi qanunauyğun haldır. Onun sözlərinə görə, Bakını narazı salan məqam ondan ibarətdir ki, 2020-ci ilin noyabr ayında Üçtərəfli Bəyanat imzalanandan bəri Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyası, eləcə də kommunikasiya məsələləri (o cümlədən Naxçıvana dəhliz açılması kimi prinsipial məsələ) əvvəlki vəziyyətdə qalıb. Nəşrin müsahibi deyib: “Bu səbəbdən mümkün qədər təzyiq göstərirlər”.

Mənbədə daha sonra bildiriblər ki, Bakı nəzarət-buraxılış məntəqəsi məsələsini çoxdan qaldırırdı, lakin bu barədə razılığa gəlmək istəyirdi. Hər dəfə bu mövzu təxirə salınırdı. Yekunda qarşı tərəfi sadəcə fakt qarşısında qoymaq lazım gəldi.

“Beləliklə, nəzarət-buraxılış məntəqəsi qurulması ilə bağlı vəziyyət onu göstərir ki, Azərbaycan öz mənafelərini güc işlətməklə təmin edə bilər və bu, ciddi nəticələr doğurmayacaq. İrəvanın yeganə çarəsi bəyanatlar vermək və beynəlxalq birliyə müraciətlər etməkdir. Lakin iri oyunçular da bu vəziyyətə görə narahat olmaları barədə yalnız ümumi ifadələr işlətməklə kifayətlənirlər”-deyə qəzet yazıb.

Azpost.info

Post navigation

Previous: Prezident İlham Əliyev SOCAR-la Anlaşma Memorandumunun imzalanmasında iştirak edib
Next: Moskvada Qırmızı Meydan iki həftə bağlı qalacaq

Oxşar xəbərlər

tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27

xƏBƏR

IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
İran hərbi təcavüzlə üzləşəcəyi təqdirdə genişmiqyaslı cavab zərbəsi endirməyə hazır olduğunu bəyan edib. Ölkənin silahlı qüvvələri istənilən...
Read more about İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək? Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.