Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Zərifə Əliyeva Gəncədə İmamzadəni dağıdılmaqdan necə xilas edib?

User 01 May 2023 - 01:25 (Last updated: 21 May 2025 - 20:15)
seyx zerife

Azərbaycanda görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü təntənə ilə qeyd edildi.

Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. Zərifə xanım əsl ziyalılığın genetik yaddaşına malik bir insan idi. Ziyalı zəkası onun bilik və təhsilində, insanlara sevgisində özünü göstərirdi.

Bəşəriyyətin ən qiymətli sərvəti olan xeyirxahlıq, həya və saflıq fani aləmdə əbədiyyəti, daimi mənəvi ucalığı təmin edir. Yüksək mənəviyyata, mərhəmətli, kövrək qəlbə, ən saf mənəvi dəyərlərə sahib olmuş Zərifə xanım Əliyeva həyatı və əməlləri ilə hələ sağlığında hörmət və izzət qazanmış bir şəxsiyyətdir.

Zərifə Əliyeva üçün insan, vətəndaş və alim anlayışları bölünməz bir vəhdət təşkil edirdi. O, xalqın mənəvi dəyərlərini qiymətləndirən, sərt ateist rejimində bu dəyərləri müdafiə edən cəsur, işıqlı bir şəxsiyyət idi.

Zərifə xanım sərt sovet rejiminin qaydalarına rəğmən xalqın inanc yerlərinə, dini ibadətgahlarına köməyi barədə faktlar bu gün fakt kimi ortadadır.

Bu baxımdan QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin bununla bağlı xatirələri maraqlıdır.

Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri aprelin 28-də Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşının məzarı üzərinə gül dəstəsi qoyaraq, dualar edərək əziz xatirəsini ehtiramla anıblar.

Şeyxülislam Allahşükür Paşazadə həmişə Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edir. Bir neçə il əvvəl QMİ sədri  çıxışında Zərifə xanımın imanlı və xeyirxah bir insan olduğunu deyərək şahidi olduğu məqamları açıqlamışdı. “O, İslam dininə, milli-mənəvi dəyərlərimizə bağlı bir azərbaycanlı xanım idi. Allahsız bir rejimin qadağalarına baxmayaraq Zərifə xanım hər cümə günləri Təzəpir məscidinə adam göndərirdi və dünyadan köçənləri üçün yasin oxutdururdu”.

QMİ sədri daha bir xatirəsində deyib ki, sovet dövründə “Təzəpir” məscidinin günbəzinin təmiri üçün nə qədər çalışsa da vəsait ala bilməmişdi: “Məscidin günbəzinin təmirə ehtiyacı var idi, amma həmin dövrdə bunun üçün rəsmi qurumlardan maliyyə almaq mümkün deyildi. Belə bir vaxtda Zərifə xanım öz şəxsi vəsaiti hesabına məscidə yardım etdi, təmirin başa çatmasına köməklik göstərdi”.

Gəncədəki “İmamzadə” ziyarətgahının bu günə kimi gəlib çatmasında Zərifə xanımın zəhməti olub.

Bu əhavalt özünün maraqlı tarixçəsini saxlayır.

Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi – xalq arasında “Göy günbəz”, “Göy məscid” yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” dini–mədəniyyət kompleksi şəhərin və bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.

Müxtəlif vaxtlarda dağıntılara məruz qalan “İmamzadə” ziyarətgahı 1946-cı ildən “İmamzadə” piri kimi fəaliyyət göstərib. 1970-ci illərdə “İmamzadə”nin idarə olunması Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin tabeliyinə verilib.

Məhz Heydər Əliyevin sayəsidə Gəncə İmamzadəsi SSRİ ərazisində ziyarətgah kimi qeydiyyatdan keçən və dövlət tərəfindən qorunan ilk məkan olub.

1970-ci illərin sonlarında Gəncədən bir neçə kommunist İmamzadənin sökülməsi üçün Moskvaya –Siyasi Büroya məktub yazııblar. Səbəb kimi göstəriblər ki, nə qədər İmamzadə Gəncədədir, burada ideoloji işi effektiv təşkil etmək olmur, kommunizm prinsiplərinin təbliğatı maneə ilə üzləşir.

Şeyxülislam  öyrənir ki, həmin məktub Moskvadan, Siyasi Büronun üzvü Mixail Suslovun dərkənarı ilə baxılmaq üçün göndərilib. Kommunistlər iclasda qərara alırlar ki, ziyarətgah təmir adı altında hasara alınsın, sonra gizli surətdə məhv edilsin.

Qərardan ciddi narahatçılıq keçirən gənc Şeyxülislam nəyin bahasına olursa – olsun problemin Azərbaycan Kommunist Patiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevə çatdırmağı qərara alır.

“Mənim o zaman gənc din xadimi olaraq, sovet dövlətinin qərarının qarşısını almaq səlahiyyətim yox idi. Bu xəbəri yasin oxutdurmaq üçün Təzəpir məscidinə göndərdiyi qohumu Validə xanımın vasitəsilə mərhum Zərifə xanıma, onun vasitəsilə isə Heydər Əliyev həzrətlərinə yetirməyi qərara aldım”-deyə A.Paşazdə danışıb.

O zaman din xadimi üçün çox təhlükəli olsa da, bu addımı atır:  “Zərifə xanım bu xəbərə yüksək diqqət göstərdi. Validə xanım vasitəsilə məndən İmamzadə haqqında, onun məqbərəsi ilə bağlı məlumatları yazılı şəkildə təqdim etməyimi istədi”.

Beləliklə, çətinliklə məsələ ilə bağlı H.Əliyev mərhum Zərifə Əliyevanın vasitəsi ilə məlumatlandırır. Heydər Əliyev məsələdən hali olur. “Heydər Əliyevin bu qərardan xəbəri olmamışdı. Zərifə xanım ona deyəndən sonra İmamzadənin dağıdılmasının qarşısını aldı” –deyə Şeyx xatırlayıb.

Məhz Heydər Əliyevin sayəsidə Gəncə İmamzadəsi SSRİ ərazisində ziyarətgah kimi qeydiyyatdan keçən və dövlət tərəfindən qorunan ilk məkan olur.

Şeyxülislam Zərifə xanımın Moskvada dəfnində iştirak edib. Bununla bağlı xatirəsində o, maraqlı detalları açıqlamışdı: “Zərifə xanımın dəfnində mən və Kamil Əliyev “Yasin”oxuyurduq. Dəfndə SSRİ DTK-nın sədri də iştirak edirdi. O, mərasimdə bizim yüksək səslə “Yasin” oxuduğumuzu görüb tərs-tərs baxırdı. Yaxınlaşıb nə isə demək, “Yasin” oxumağımıza maneəçilik törətmək istədi. Rəhmətlik Heydər Əliyev buna imkan vermədi. Əlinin sərt hərəkəti ilə ona geri qayıtmaq işarəsi verdi, dedi ki, işin olmasın, qoy “Yasin” oxusunlar.  Heydər Əliyev qorxmazlığını hər məqamda göstərirdi”.

Ömür-gün yoldaşı- Ümummilli lider Heydər Əliyev çıxışında demişdi: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam”.

Yüksək mənəviyyata, mərhəmətli, kövrək qəlbə, ən saf mənəvi dəyərlərə sahib olmuş Zərifə xanım Əliyevanın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Aydın ABBASOV

Post navigation

Previous: Laçın sərhəd postundan ilk erməni maşınları keçdi, pasportlar yoxlanıldı –
Next: ABŞ Dövlət katibi Prezident İlham Əliyevə zəng edib

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.