Hikmət Hacıyev NATO-da Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

NATO Müavinlər Komitəsi (DPRC) ilə Azərbaycan arasında ikitərəfli görüş yekunlaşıb.

Bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə Tvitter paylaşımında bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müttəfiq ölkələrlə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı statusu və perpektivlərinə, Azərbaycanın kommunikasiya və enerji təhlükəsizliyində roluna, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması prosesinə dair məhsuldar fikir mübadiləsi aparıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.