SSRİ dağılandan bəri ilk dəfə NATO Rusiyaya qarşı böyük hərbi plan hazırlayıb

Soyuq müharibə” bitəndən bəri ilk dəfə olaraq NATO Rusiya ilə münaqişə baş verəcəyi təqdirdə böyük miqyaslı müdafiə planı hazırlayıb. 

Azpost.info bildirir ki, bu barədə Röyter məlumat yayıb.

NATO-nun Hərbi Komitəsinin başçısı Rob Bauer bildirib ki, alyans üzvləri Rusiya ilə istənilən vaxt başlana biləcək münaqişəyə hazır olmalıdırlar.

Əvvələr NATO böyük miqyaslı hərbi planın hazırlanmasına lüzum görmürdü.  Alyans həmçinin üzv ölkələrin ordusunun və logistikasının yaxşılaşdırılması üçün işlər üzərində çalışır.

Röyter-in məlumatına görə, NATO ölkələri hərbi planı iyulda Vilnüsdə keçiriləcək sammitdə təsdiq etməyi planlaşdırırlar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.