Ukrayna prezidenti Vladimir Zelenski sülh sammitinin Rusiyanın iştirakı olmadan keçirilməsini istəyib.
Azpost.info xəbər verir ki, bu barədə adı açıqlanmayan avropalı rəsmiyə istinadən “Financial Times” qəzeti yazır.
Məlumata görə, G7 liderləri onun təklifini Yaponiyada keçiriləcək görüşdə müzakirə edə bilərlər.
“G7 liderləri bu həftə Xirosimada üç günlük görüş zamanı Vladimir Zelenskinin sorğusuna cavab olaraq Ukrayna üzrə sülh sammitinin keçirilməsi təklifini müzakirə edəcəklər”, – nəşr qeyd edib.
Azpost.info