Britaniya Rusiyadan almaz idxalına qadağa qoyacaq

Böyük Britaniya hökuməti Rusiyadan mis, alüminium və nikelin, habelə almazın idxalına qadağa qoyacaq.

Bu barədə Böyük Britaniyanın Baş nazirinin ofisinin bəyanatında bildirilib.

Qeyd edilib ki, bu ilin sonunda Rusiya almazlarının idxalına qadağa qoyulacaq. Rusiya dəmirinə və poladına qoyulan qadağalara əsaslanaraq, Rusiya mənşəli mis, alüminium və nikelin idxalı tamamilə dayandırılacaq.

Əvvəlki məqalə

UEFA Avropa Liqasının finalı –

Sonrakı məqalə

Rusiya və ABŞ kosmosla bağlı birgə sənəd layihəsi hazırlayıb