Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Moskvada II Avrasiya İqtisadi Forumu başlayır

User 24 May 2023 - 13:09 (Last updated: 21 May 2025 - 20:15)
5db69eae-fa0a-11ed-9efa-02420a0000c9_1024

Mayın 24-25-də Moskvada keçiriləcək II Avrasiya İqtisadi Forumunda 50-dən çox ölkənin nümayəndəsi iştirak edəcək.

Azpost.info xəbər verir ki, Roskonqres Fondunun təşkilatçılığı ilə baş tutacaq forum “Çoxqütblü dünyada Avrasiya inteqrasiyası” devizi altında keçiriləcək.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk tədbirdə 500-dən çox xarici nümayəndənin iştirak edəcəyini deyib. Qonaqlar arasında BMT, ÜST və Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələrinin də iştirakı gözlənilir.

“İştirakını təsdiqləyən 2700-dən çox forum qonağından 54 dövlətdən 500-dən çox xarici nümayəndə var. Forumda müzakirələr Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin və Avrasiya regionu ölkələrinin hərtərəfli iqtisadi inkişafına yönəlmiş konkret praktiki həllərin işlənib hazırlanmasına yönəlib. Eyni zamanda, forum biznes dialoqu üçün platformaya çevriləcək. Orada 450-dən çox şirkətdən 650-dən çox biznes nümayəndəsi iştirak edəcək”, – Overçuk bildirib.

Əsas müzakirələrdən biri 2030-2045-ci ilə qədər olan dövr üçün dövlətlər arasında inteqrasiya məsələləri olacaq. Müzakirələrdə iştirak edənlər arasında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan, Belarus baş nazirinin müavini İqor Petrişenko, Qazaxıstanın ticarət və inteqrasiya naziri Serik Jumanqarin, Qırğızıstan Nazirlər Kabineti sədrinin birinci müavini Adılbek Kasıməliyev də olacaq.

Forumun əsas məqsədi dövlətlər arasında münasibətləri yaxşılaşdırmaqdır.

Azpost.info

Post navigation

Previous: “Həyat sığortası olan şəxslərin varislərindən kredit ödənişi tələb edilə bilməz” –
Next: Sabah hava necə olacaq?

Oxşar xəbərlər

Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
qaz kemeri
  • Dünya

Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq

User 30 Oktyabr 2026 - 10:07
israil
  • Dünya

İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı

User 30 Oktyabr 2026 - 09:50

xƏBƏR

Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün hərbi əməliyyat variantları barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri,...
Read more about Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir
Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq qaz kemeri
  • Dünya

Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq

User 30 Oktyabr 2026 - 10:07
Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı israil
  • Dünya

İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı

User 30 Oktyabr 2026 - 09:50
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 30 Oktyabr 2026 - 09:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.