Türkiyə, Rusiya, İran və Suriya prezidentləri arasında görüş olacaq- AÇIQLAMA

“Yaxın vaxtlarda Türkiyə, Rusiya, İran və Suriya prezidentləri arasında görüş gözlənilir”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

“İki həftə əvvəl nazirimiz Mövlud Çavuşoğlu Moskvada görüşdə iştirak etdi. Hələlik nazir müavinləri səviyyəsində gələcək təmaslar davam edəcək. Tezliklə danışıqlar konkret nöqtəyə çatdıqda və qərarlar qəbul edildikdə, irəliləmək mümkün olacaq. Liderlər səviyyəsində müzakirə olunacaq suallar var. Tezliklə belə bir görüşün baş tutacağını deyə bilərəm”, – Kalın bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.