“Bakı və İrəvan arasında sülh müqaviləsi uzunmüddətli həll yollarına əsaslanmalıdır”- Rusiya XİN

“Bakı və İrəvan arasında sülh müqaviləsi uzunmüddətli, davamlı həll yollarına əsaslanmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Qaluzin tərəflər arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı sualı belə cavablandırıb: “Bu məsələlərin həddindən artıq həssaslığını nəzərə alaraq, danışıqlar prosesinin gedişatına mane olmamaq üçün onun gedişini şərh edə bilmirik”.

“Bakı və İrəvan nəyin onların fundamental maraqlarına cavab verdiyini və xalqları üçün sabit və etibarlı sülhü necə təmin etmək niyyətində olduqlarına özləri qərar verirlər”, – XİN rəsmisi əlavə edib.

O Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh prosesini hər cür dəstəklədiyini də qeyd edib: “Bu birgə işə 2020-ci ilin noyabrından Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən razılaşdırılmış üçtərəfli sazişlər toplusunun həyata keçirilməsi kontekstində baxılmalıdır”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.