Rusiyanın Krasnodar diyarına PUA hucumu olub

Rusiyanın Krasnodar diyarının operativ qərargahı Morskaya küçəsi yaxınlığında partlayışla bağlı məlumatı təsdiqləyib.

Azpost.info bildirir ki, qərargahdan verilən məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb.

“Şəhər RPŞ-yə daxil olan məlumata görə, saat 04:17-də Krasnodar şəhərində Morskaya küçəsi, 54/2 ünvanında yerləşən binanın ərazisində partlayış səsi eşidilib”, – məlumatda deyilir.

Binanın dam örtüyünün və pəncərələrinin zədələnməsinin qeydə alındığı da bildirilir. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

“Life” nəşri daha əvvəl yazdığı kimi, Krasnodar sakinləri şəhərdə partlayış səslərinin eşidildiyini bildiriblər. Onlar səmada pilotsuz təyyarəyə bənzəyən bir obyekt gördüklərini və nəticədə qəzaya uğrayaraq partladığını iddia ediblər. Daha sonra onların versiyası təsdiqlənib. “Life” Krasnodarda gecə qəzaya uğrayan pilotsuz təyyarənin qəza yerindən ilk görüntüləri əldə edə bilib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.