Həzm, ürək-damar, immunitet…- Hansı göyərti daha faydalıdır?

Göyərtilər təkcə yeməklərə dad vermir, həm də sağlamlığınız üçün faydalıdır.

Azpost.info xəbər verir ki, göyərti insanı gün ərzidə, xüsusən də yazda ehtiyac duyduğu vitamin və minerallarla təmin edir.

Göyərti immuniteti gücləndirir və bədəni lazımi antioksidanlarla təmin edir. Ona görə də hər zaman süfrədə olması arzuolunandır.

Böyüklər üçün göyərtinin istehlak norması gündə 100 qrama qədərdir. Dietoloqlar deyir ki, gündəlik qida rasionunuza ən azı 50 qram göyərti əlavə etsəniz, dəriniz təmizlənəcək, beyniniz daha yaxşı işləyəcək, özünüzü daha şən və aktiv hiss edəcəksiniz.

Bəs, ən çox hansı göyərtiləri yemək lazımdır?

Cəfəri C vitamini ilə zəngindir, həzmi yaxşılaşdırır və immuniteti gücləndirir.

Şüyüd həzmi yaxşılaşdırır, ürək-damar sistemini və immuniteti gücləndirir, şişkinliyi mükəmməl şəkildə aradan qaldırır. Tərkibində C, A, B, E kimi çoxlu vitaminlər var: Həmçinin şüyüddə faydalı efir yağları var, onlar öd və mədə şirəsinin ifrazını aktivləşdirir və stimullaşdırır, həmçinin bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

Keşniş əla antiseptik hesab olunur. Ona “Çin sağlamlıq iksiri” də deyilir. Arıqlamaq istəyənlərə məsləhət görülür. Tərkibində bədəndə yağ mübadiləsindən məsul olan linoleik turşusu var.

Reyhan antibakterial təsirə malikdir.

Tərxun yuxugətirci və sakitləşdirici vasitə kimi istifadə olunur. Üstəlik, elm adamları deyirlər ki, tərxun qanda şəkərin miqdarını 20 faiz azaldır.

İspanaq yüksək dəmir tərkibinə görə hemoglobini artırır və bədənimizin hüceyrələrini oksigenlə daha yaxşı təmin edir.

Azpost.info

 

Əvvəlki məqalə

Rusiyanın Krasnodar diyarına PUA hucumu olub

Sonrakı məqalə

Rusiyanın qaz gəlirləri 8 dəfə azalıb