Kreml Rusiyanın Belqorod vilayətinə daxil olan hərbi qrupların reydlərinə necə cavab verəcəyini bilmir.
Azpost.info bildirir ki, Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri bu qənaətə gəliblər.
İnstitut Ukrayna ilə sərhəddən 3,5 km aralıda yerləşən Novaya Tavoljanka kəndi yaxınlığında “Rusiya Könüllülər Korpusu” (RDK) və “Rusiya Azadlıq Legionu”nun” olduğunu təsdiqləyir. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov onların tez bir zamanda Ukrayna ərazisinə çıxarıldığını bildirib.
“Rusiya Azadlıq Legionu” Qladkovu görüşə çağıraraq əsir düşən hərbçiləri qubernatora təhvil verəcəyini vəd edib. Əvvəlcə Qladkov Şebekinodakı keçid məntəqəsində görüşməyə razılaşsa da, sonra fikrini dəyişərək görüşməkdən imtina edib.
Azpost.info
