Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Satmaq öhdəliyi ilə kirayə mənzil fonduna daha 262 yaşayış sahəsi əlavə edilib

User 07 İyun 2023 - 11:57 (Last updated: 21 May 2025 - 20:15)
İpoteka

İpoteka

İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif ediyi yaşayış sahələrinin siyahısına daha 262 yeni, tam təmirli mənzil əlavə edilib.

Fonddan bildirilib ki, Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksi üzrə 210 mənzil təklif olunur. Bunlar 1, 2 və 3 otaqlı yaşayış sahələridir. Mənzillərin aylıq ödənişi 357 manatdan başlayır. Daha 52 mənzil isə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Surxay Noçuyev küçəsində yerləşən kompleksdə təklif olunur. Mənzillər 2, 3 və 4 otaqlı olmaqla, aylıq ödənişləri 718 manatdan başlayır.

Yeni mənzillər Elektron İpoteka və Kredit Zəmanət Sistemi (EİKZS) üzərindən vətəndaşların seçimi üçün iyunun 21-dən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər. Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 3463 vətəndaşla kirayə müqaviləsi bağlanıb.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən , “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.

Post navigation

Previous: Rusiyada müharibə iştirakçılarına pulsuz torpaq veriləcək
Next: Milli Məclisin komitə iclası keçirilir

Oxşar xəbərlər

yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.