Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin üzvləri ilə görüşü zamanı Rusiya lideri Vladimir Putinlə görüş keçirəcəyini açıqlayıb.
Azpost.info xəbər verir ki, Belarus lideri görüşün dəqiq tarixi və yerini açıqlamayıb.
“Yaxın vaxtlarda biz Putinlə görüşəcəyik”, – Lukaşenko bildirib.
Mayın 25-də Lukaşenko Belarus ərazisində nüvə silahının daşınmasına başlanıldığını bəyan edib. Onun sözlərinə görə, əməliyyat Rusiya ilə taktiki nüvə silahlarının yerləşdirilməsinə dair razılaşmalar çərçivəsində həyata keçirilir.
Azpost.info
