Ukraynada davam edən müharibə fonunda ruslar rekord məbləğdə əmanətlərini xarici banklara yönəldiblər.
Azpost.info xəbər verir ki, Rusiya Mərkəzi Bankın məlumatına görə, 2022-ci ilin mayından 2023-cü ilin may ayına qədər Rusiya vətəndaşlarının xarici hesablarındakı vəsait 3,28 trilyon rubla yüksəlib.
Ümumilikdə rusların xaricdə 5,79 trilyon rubl vəsaiti var. Bu, Mərkəzi Bankın 2018-ci ildən bəri belə hesabatların dərcindən bəri ən yüksək göstəricidir.
Müharibədən əvvəl xarici hesablar o qədər də aktiv deyildi. Bununla belə, təkcə bu ilin əvvəlindən vətəndaşlar xarici banklardakı əmanətlərini 1,3 trilyon rubldan çox artırıblar.
Yanvarda ruslar 127,4 milyard rubl, fevralda 526 milyard, mart və apreldə müvafiq olaraq 257 milyard və 395,6 milyard rubl çıxarıblar.
Ruslar ötən ilin iyul və dekabr aylarında xarici banklara ən çox vəsait köçürüblər – müvafiq olaraq 660 milyard 782,4 milyard rubl.
Bank reytinqlərinin analitiki Natalya Boqomolova bildirib ki, ruslar əsasən MDB ölkələrinin və digər “dost” dövlətlərin banklarına vəsait çıxarırlar.
Maliyyə institutlarının reytinq qrupunun direktoru Mixail Doronkin bildirib ki, köçürülmə və ev satınalma coğrafiyasını nəzərə alınsa, ruslar əsasən MDB ölkələrində, eləcə də Gürcüstan və Türkiyədə hesablar açıblar.
Azpost.info
