“ABŞ-ın Ukraynaya hərbi dəstəyinin davamı başlayan əks-hücumun müvəffəqiyyətindən asılıdır”.
Azpost.info xəbər verir ki, bunu prezident Co Bayden administrasiyasının beş yüksək vəzifəli rəsmisi “Politico”ya bildirib.
Onların fikrincə, hücum dayanarsa və ya uğursuz olarsa, Vaşinqtonun hərbi və iqtisadi yardımı dayana və ABŞ diplomatik həll yolunun sürətləndirilmiş axtarışına başlaya bilər.
Eyni zamanda, “Politico” yazır ki, Ağ Ev münaqişənin “Koreya” ssenarisi üzrə – qeyri-rəsmi sərhəd rolunu oynayacaq demarkasiya xətti ilə dondurulması variantını nəzərdən keçirir.
“ABŞ rəsmiləri Kiyev döyüş meydanında irəliləyiş əldə etməsə, Konqresin Ukraynaya əlavə maliyyə ayrılmasını təsdiq edib-etməyəcəyini bilmirlər. Ağ Ev qorxur ki, hücumda hər hansı səhv addım Nümayəndələr Palatasındakı respublikaçı çoxluğa demokratların müdafiə xərclərini artırmaq təşəbbüsünün qarşısını almaq üçün bəhanə verə bilər. Üstəlik, hücum uğursuz olarsa, ABŞ prezidenti Co Baydenin reputasiyası zədələnəcək. O, xarici siyasətdə əlamətdar qələbəsini və yeni prezidentlik müddəti uğrunda mübarizədə özünü dünya səviyyəli dövlət xadimi kimi təqdim etmək imkanını itirəcək”, – nəşr mənbələrə istinadən yazır.
Azpost.info
