Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bu gün “Yüksəliş” müsabiqəsinin iştirakçıları imtahan verəcəklər

User 10 İyun 2023 - 07:02 (Last updated: 21 May 2025 - 20:15)
yukselis

Bu gün “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı olan qabiliyyət üzrə yoxlama imtahanı keçiriləcək.

İmtahan günündə bütün imtahan mərkəzlərində qeydiyyat saat 10:00-da başlanacaq və 10:40-da bitəcək. Qeydiyyat bitdikdən sonra imtahan mərkəzinə daxil olmaq mümkün olmayacaq. İştirakçılar imtahana şəxsiyyət vəsiqəsi və şəxsi kabinetə göndərilən QR kodu elektron variantda və ya çap halında təqdim edərək daxil olmalıdırlar. Qabiliyyət üzrə yoxlama imtahanının müddəti 2 saat 30 dəqiqədir. Qabiliyyət üzrə yoxlama və idarəetmə bacarıqları üzrə imtahanlarla bağlı daha ətraflı məlumat iştirakçıların şəxsi kabinetinə yerləşdirilən təlimatda izah olunub.

Bu mərhələdə müsabiqə iştirakçılarının verbal təhlil, rəqəmsal təhlil və abstrakt düşüncə bacarıqları təkrar yoxlanılır.

Onlayn mərhələdə keçirilən qabiliyyət üzrə imtahanda topladıqları balın 70 faizini, hər test bloku üzrə isə topladıqları balın ən azı 50 faizini təkrar edən iştirakçılar idarəetmə bacarıqları üzrə imtahanda iştirak hüququ qazanacaqlar.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Post navigation

Previous: Su sataraq atasına başdaşı düzəltmək istəyən uşağın kədərli həyatı –
Next: UEFA Çempionlar Liqasının finalı:

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51
Dünya bazarında Azərbaycan neftinin qiyməti 126 dolları ötüb. “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,64...
Read more about Neftimizin qiyməti 127 dollara yaxınlaşır
Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.