İsveçin gigiyena və sağlamlıq məhsulları istehsalçısı “Essity” Rusiyadakı fəaliyyətini dayandırır.
Azpost.info info xəbər verir ki, aktivlərin rus alıcıya satışı hökumət tərəfindən təsdiqlənib və proses ikinci rübün sonuna qədər tamamlanacaq.
“Essity”nin məhsullarına “Libero” uşaq bezləri, “Libresse” qadın gigiyena məhsulları, tualet kağızı, kağız dəsmallar, salfetlər, həmçinin antiseptik əl gelləri və sabunlar da daxildir.
Şirkət Rusiyada 1994-cü ildən fəaliyyət göstərir. “Essity”nin ölkədə üç fabriki var və onlarda 1300 minə yaxın insan çalışır.
Azpost.info
