Çeçenistan lideri Ramzan Kadırovun rəhbərlik etdiyi “Axmat” dəstəsinin döyüşçüləri Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.
Azpost.info info xəbər verir ki, muqavilə Rusiya müdafiə naziri Sergey Şoyqunun müvafiq əmri ilə Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin direktoru Adam Daşaev və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-polkovnik Aleksey Kim tərəfindən imzalanıb.
Şoyqunun əmrinə əsasən, könüllü birləşmələrin bütün döyüşçüləri iyulun 1-dək xüsusi hərbi əməliyyat zonasında fəaliyyətini müəyyən edən müqavilə bağlamalıdırlar. Bunu ilk edən “Axmat” dəstəsi olub.
Ramzan Kadırova yaxın olan Duma deputatı Adam Delimxanov könüllü birləşmə və dəstələrin bütün komandirlərinin eyni müqavilələri məmnuniyyətlə imzalayacağına əmin olduğunu bildirib.
“Çünki bu, Müdafiə Nazirliyindəki kimi hərbçi statusunu verir”, – Dəlimxanov deyib.
“Vaqner”in qurucusu Yevgeni Priqojin Şoyqunun əmrinə tabe olmaqdan imtina edib. “Vaqner” Şoyqu ilə heç bir müqavilə imzalamayacaq. Onun sərəncamları yalnız Müdafiə Nazirliyinə və Müdafiə Nazirliyinin tərkibində olanlara aiddir”, – Priqojin bildirib.
Azpost.info
