Məşhur müğənni Rusiyada yaşamaq hüququndan mərhum edilib

Məşhur estrada müğənnisi Vera Brejneva Rusiyada yaşamaq hüququndan mərhum edilib.

Azpost.info bildirir ki, bu barədə “Komsomolskya Pravda” məlumat verib.

Sənətçi Rusiya ərazisində yaşayış icazəsini itirib və artıq keçərli deyil.

Hələlik Brejnevanın Rusiyada yaşamaq icazəsindən imtina edib-etmədiyi barədə dəqiq məlumat yoxdur. “Ola bilər ki, sənətçi yaşayış icazəsindən məhrum edilib, ya da özü bundan imtina edib. Hər halda, indi Vera Brejneva Rusiyaya gələ və burada yaşaya bilməyəcək ” – deyə vəkil Andrey Aleşkin izah edib.

İyunun 12-də Vera Brejneva xaricdəki çıxışlarının ləğv olunduğunu elan edib. Sənətçi bildirib ki, bəzi şərtlərə görə qarşıdakı dörd konsert baş tutmayacaq. Onlardan biri Portuqaliyada, qalanı isə İspaniyada olmalı idi.

Ukraynada müharibə başlayandan sonra Ukraynadan olan sənətçi Vera Brejneva əri Konstantin Meladze ilə birlikdə Rusiyanı tərk edib. 2023-cü ilin fevralında cütlük Moskva vilayətində malikanəni satışa çıxarıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.