İyunun 24-də Sankt-Peterburqda axtarışlar zamanı tapılan 10 milyard rubl və qiymətli əşyalar “Vaqner”in qurucusu Yevgeni Priqojinə geri qaytarılıb.
Azpost.info xəbər verir ki, bu barədə “Fontanka” məlumat yayıb.
Priqojin həftəsonu Moskvada olub və orada müəyyən görüşlərdə iştirak edib. Məlumata görə, Priqojinin pulunu rəsmi etibarnamə ilə onun sürücüsü alıb. Pul köçürmələrinin necə baş verdiyi məlum deyil.
Nəşr qeyd edir ki, əvvəlcə təhlükəsizlik qüvvələri Priqojinə pulu qaytarmaq niyyətində olmayıblar, lakin sonradan nədənsə qərarlarını dəyişiblər.
Azpost.info
