Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Söyüdlü ilə bağlı yaradılmış hökumət komissiyasının işindən nə xəbər var?

User 04 İyul 2023 - 18:40 (Last updated: 21 May 2025 - 20:15)
soyudlu gol

Söyüdlü kəndində yaranmış vəziyyətin monitorinqi və qiymətləndirilməsi üçün yaradılmış komissiya Qurban bayramı günlərində də işini davam etdirib. 

Azpost.info bildirir ki, bu barədə Ekologiya və Təbii sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Turan”a bildirilib.

“Götürülən nümunələr öyrənilir, analizlər aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”,  – nazirliyin mətbuat xidmətinin rəhbəri deyib.

Qeyd edək ki, Baş naziri Əli Əsədovun sərəncamı ilə iyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində yaranmış vəziyyətin monitorinqi və qiymətləndirilməsi üçün komissiya yaradılıb. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev komissiyanın sədri təyin edilib.

İki həftə keçməsinə baxmayaraq, komissiyanın işinin nəticələri açıqlanmayıb.

“Azerbaijan International Mining Company” qızıl hasilatı şirkətinin  nümayəndəsi Elşad Məmmədov jurnalistlərə müsahibəsində müəssisədəki tullantıların əhalinin sağlamlığına və ətraf mühitə zərərli təsirinin olmadığını bildirib.

“Ecofront” ictimai təşkilatı Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Söyüdlü kəndi üzrə hökumət komissiyasının işinin yekunlarını açıqlanması ilə bağlı imza toplama kampaniyasına başlayıb.

“Onlar hətta Söyüdlüdə qızıl mədəni müəssisəsinin işindən ziyanın olmadığını bəyan edə bilməzlər, çünki bilirlər ki, belə bir şey bəyan edərlərsə, rüsvay olacaqlar”, – Ecofront şərh edir.

Azpost.info

Post navigation

Previous: Lənkəran, Astara və Lerikin din xadimləri Qəbələdə seminarda iştirak edib
Next: “Söyüdlüdə sakitlikdir, hər kəs öz işi-gücü ilə məşğuldur” –

Oxşar xəbərlər

qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
Milli Məclisin
  • Sosial

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb

User 30 Oktyabr 2026 - 09:36
mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32

xƏBƏR

Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün hərbi əməliyyat variantları barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri,...
Read more about Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir
Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq qaz kemeri
  • Dünya

Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq

User 30 Oktyabr 2026 - 10:07
Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı israil
  • Dünya

İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı

User 30 Oktyabr 2026 - 09:50
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 30 Oktyabr 2026 - 09:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.