“Ermənistan-Azərbaycan münaqişəsinin həllində Fransanın vasitəçiliyinin nəticəsi yoxdur”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Moskvada Fransa prezidenti Emmanuel Makronun Qarabağ probleminin həllinə töhfə verə biləcəyi ilə bağlı heç bir illüziya yoxdur: “Makron Qarabağ nizamlanmasındakı xidmətləri, şəxsi rolu və digər məsələlər barədə pafosla danışır. Təəssüf ki, o, praktiki nəticələr haqqında heç nə demir. Proses var, nəticə yoxdur. Fransanın Qarabağın mürəkkəb problemlərinin həllinə müsbət töhfə verə biləcəyi ilə bağlı bizim çoxdan illüziyamız olmayıb”.
Zaxarova bildirib ki, Paris Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında Fransanın rolunu gözdən salıb.
Azpost.info
