Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Yayda uşaqlar necə qidalanmalıdır?

User 12 İyul 2023 - 15:54 (Last updated: 21 May 2025 - 20:15)
4037394

Yay aylarında hava isti olduğundan qidaların tərkibi tez dəyişir və buna görə qidalanmada diqqətli olmaq lazımdır.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib. Həkimin sözlərinə görə, yüngül və yeni hazırlanmış qidalara üstünlük vermək lazımdır:

“Yay aylarında hava isti olduğundan həm uşaqlarda, həm də böyüklərdə iştahsızlıq müşahidə edilə bilər. Buna görə yüngül zülallı qidalara, ağartı məhsullarına üstünlük vermək lazımdır”.

Həkim bildirib ki, isti aylarda iştahsızlıqdan müəyyən qədər çəki itkisi olsa da, bu narahat olunacaq məqam deyil.

“Xüsusilə də uşaqlar yemək yeməyəndə və ya iştahsız olanda valideynlər narahat olmamalıdırlar. Uşaqları yemək yeməyə məcbur etməməlidirlər. Əlavə vitamin komplekslərinin də qəbul edilməsinə ehtiyac yoxdur. Əgər uşağın orqanizmində müqavimət yaxşıdırsa və dondurma yemək istəyirsə, iki yaşından sonra icazə vermək olar. Lakin soyuq içkilərin verilməsi tövsiyə edilmir” – həkim qeyd edib.

Həkim qeyd edib ki, yay aylarında gün ərzində saf suyun qəbulu daha çox tövsiyə edilir:

“Orqanizmin tələbatından asılı olaraq bədənin maye balansı qorunmalıdır. Valideynlər uşaqlarını maye qəbuluna öyrəşdirməlidirlər”.

Əkbər Quliyev deyib ki, uşaqların rejimsiz və yatmazdan öncə qidalanması piylənmə yaradır.

Həkim bildirib ki, axşam yatmamışdan iki saat öncə qidanı dayandırmaq lazımdır:

“Çünki yuxu saatına yaxın orqanizm özünü yatmağa hazırlayır. Buna görə çalışmaq lazımdır, yatmamışdan bir neçə saat öncə çətin həzm olunan qidalar qəbul edilməsin. Axşam saatlarında yemək yeyiləcəksə də, yüngül qidalara, tərəvəzlərə üstünlük verilməlidir”.

Post navigation

Previous: Rusiyalı senator NATO sammitində baş verənləri sirk adlandırıb
Next: Dumanın komitə sədri general Surovikinin harada olduğunu

Oxşar xəbərlər

zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.