“Azərbaycan Ağdam vasitəsilə Qarabağa humanitar yardım göstərməyə hazır olduğunu bildirib”.
Azpost.info bildirir ki, bu sözləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Brüsseldə prezident İlham Əliyev və Ermənistan Baş naziri Paşinyan arasında keçirilmiş görüşün yekunlarına dair brifinqdə bildirib.
“Mən Azərbaycanın Ağdam vasitəsilə humanitar yükləri bərabər şəkildə həyata keçirməyə hazır olduğunu da qeyd etdim… BQXK-nın tibbi təxliyyənin bərpasını da alqışlayıram”, – Avropa Komissiyasının rəhbəri bildirib.
O, Qarabağın erməni əhalisinin təhlükəsizliyi ilə bağlı təminatlara ehtiyac olduğunu vurğulayıb. Ş.Mişel bəyan edib ki, Avropa İttifaqı Bakı ilə “Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilər” arasında birbaşa dialoqun qurulmasını vacib hesab edir.
Çarlz Mişel əlavə edib ki, üçtərəfli görüş zamanı təsadüfən sərhədi keçən əsgərlərin geri qaytarılması, itkin düşənlər və minalardan təmizlənmə məsələləri də müzakirə olunub.
Azpost.info