“Ermənistan yük maşınlarını nümayiş xətrinə Laçın məntəqəsinə göndərməkdənsə…”HİKMƏT HACIYEV

Xankəndidəki separatçıların marionet “liderləri” yerli əhalini öz siyasi ambisiyaları naminə girov saxlayır.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonrakı Tvitter paylaşımında bildirib.

“Teatral səhnələr və yük maşınlarını nümayiş xətrinə Laçın yoxlanış məntəqəsinə gətirməkdənsə, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son verməli, öz qüvvələrinin elementlərini Azərbaycanın Qarabağ regionundan çəkməli və qanunsuz marionet rejimin maliyyələşdirməsini dayandırmalıdır”, – Hikmət Hacıyev qeyd edib.

Prezidentin köməkçisi onu da qeyd edib ki, Qarabağdakı bütün qanunsuz qüvvələrin tərksilah edilməsi təmin olunmalıdır.

“Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolunun istifadəsi və Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın siqnal göndərməlidir”, – Hikmət Hacıyev əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.