Ukrayna Müdafiə Nazirliyi Türkiyənin “Baykar” şirkəti ilə ölkədə pilotsuz təyyarələrin təmiri və texniki xidməti mərkəzinin tikintisinə dair müqavilə imzalayıb.
Azpost.info xəbər verir ki,bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
Xidmət mərkəzi yaxın vaxtlarda istifadəyə veriləcək, lakin dəqiq tarixlər məlum deyil.
“Ukraynada pilotsuz uçuş aparatlarının təmiri və texniki xidməti üzrə xidmət mərkəzi inşa ediləcək. Bu barədə sənəd bu gün Müdafiə Nazirliyi və Türkiyənin “Baykar Makina” şirkəti arasında bağlanıb”, – nazirlikdən bildirilib.
Azpost.info
