Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti rəsmi saytında Rusiya FTX ilə tərəfdaşlıq müqaviləsinə xitam verildiyini bəyan edib.
Azpost.info xəbər verir ki, qurum Rusiya Xarici Kəşfiyyat Xidməti ilə də əməkdaşlıq müqaviləsinə xitam verib.
“Kəşfiyyat və Təhlükəsizlik Xidməti qanunu açıq-aşkar pozan və milli təhlükəsizliyə xələl gətirən, Moldovaya qarşı təxribat xarakterli fəaliyyətlər həyata keçirən, o cümlədən demokratik dövlət sisteminin funksionallığına xələl gətirən dövlətlərin oxşar strukturları ilə xarici tərəfdaşlıq etmir”, – qurumdan bildiriblər.
Azpost.info
