Avropa şirkətləri Rusiya neçə milyard itirib?- “Financial Times” AÇIQLADI (RƏQƏMLƏR)

Ukraynada müharibənin başlamasından 1,5 il sonra ən böyük Avropa şirkətləri Rusiyada ən azı 100 milyard avro itiriblər.

Azpost.info xəbər verir ki, bunu “Financial Times” 600 şirkətin illik hesabatını araşdıraraq hesablayıb.

Sənədlərə əsasən, 176 təşkilat Rusiya müəssisələrinin satışı, bağlanması və ya ixtisarı nəticəsində aktivlərin dəyərsizləşməsi, valyuta mübadiləsi ilə bağlı xərclər və digər birdəfəlik xərclər qəydə alınıb.

Ən çox itirən isə neft-qaz şirkətləri olub. BP, “Shell” və “Total Energies” ümumilikdə 40,6 milyard avro itirib.

Ölkələrə görə, Böyük Britaniya (30 milyard avrodan çox), Almaniya və Fransa (hər biri 20 milyard avrodan çox) şirkətləri ən çox itkiyə məruz qalıb.

Şirkətlər arasında ən böyük itkilər BP (23,3 milyard avro), “Total Energies” (13,5 milyard), “Uniper” (5,7 milyard), “Fortum” (5,3 milyard), “Shell” (4,1 milyard), “Societe Generale” (3,1 milyard), OMV (2,5 milyard avro), “Renault” (2,3 milyard), “Volkswagen” (2 milyard) və “Equinor” (1 milyard) şirkətlərində müşahidə olunur.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.