Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başdanışmanı Oktay Saralın vəzifədən ayrılacağı ilə bağlı diqqətçəkən iddia yayılıb.
İddiaya görə, Saralın Azərbaycana qarşı tənqidlərindən sonra rəsmi Bakı onun Türkiyə rəhbərliyi tərəfindən vəzifədən uzaqlaşdırılmasını istəyib. Londonda fəaliyyət göstərən Middle East Eye nəşrinin məlumatına istinad edilən iddiada Azərbaycanın Saralın vəzifədən alınmasını tələb etdiyi bildirilir.
Oktay Saral vəzifədən çıxarılıb?
Hazırda Oktay Saralın vəzifədən azad edildiyini təsdiqləyən rəsmi açıqlama yoxdur.
Türkiyənin “61 Gündem” nəşrinin yaydığı məlumata görə isə, bu barədə Sarala telefonla məlumat verilib. Nəşr onun bazar ertəsi istefa verməsinin gözlənildiyini iddia edir.
Qeyd edək ki, Saralın istefa verəcəyi və ya vəzifədən uzaqlaşdırılacağı barədə məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.
