Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Şuşa həbsxanasında işgəncələrdən ölən azərbaycanlı əsirlər quyuda basdırılıb

User 15 Avqust 2023 - 16:16 (Last updated: 21 May 2025 - 20:15)
64db68d7bab0a64db68d7bab0b169210082321b6ddea834a187473230bc2a893d987

Beynəlxalq təşkilatın ekspertlərinin iştirakı ilə Şuşa şəhərində yerləşən keçmiş həbsxana ərazisində qazıntı həyata keçirilib. Öncə iyun ayının 2-də burada aşkarlanan 4 nəfərlik məzarlığın yaxınlığında təhqiqat işləri aparılıb və müəyyən olunub ki, bu ərazidə daha çox insan qalıqları dəfn olunub.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Zaur İsmayılov deyib.

Onun sözlərinə görə, aparılan qazıntı işləri nəticəsində iyunun 12-dən 24-dək 13 nəfərə aid qalıqlar aşkar edilib: “Növbəti mərhələdə aparılan təhqiqat-qazıntı işləri nəticəsində avqustun 1-dən 15-dək gördüyünüz bu kütləvi məzarlıq aşkarlanıb. Bu kütləvi məzarlıqda 17 nəfərə aid qalıqlar var. Bu kütləvi məzarlığın yeri, həbsxananın ərazisində çirkab sularının yığılması üçün bir quyu olub. Burada işgəncələrə məruz qalmış, işgəncələrə dözə bilməyən azərbaycanlı əsir və girovlar öldürülərək həmin suların yığılması üçün olan quyuya atılaraq nalayiq və xaotik şəkildə basdırılıb. Skeletlərin vizual müayinəsindən görmək olur ki, onlar müxtəlif formalarda üzü aşağı, başı aşağı, bükülmüş formada, qıc olmuş formada dəfn olunublar. Hətta 6 skeletin qarın boşluqlarında nal mismarları aşkar edilib. Bir nəfərin üzərində isə avtomat gilizi aşkarlanıb. Çoxunda kəsici-deşici alətlərlə zərbə yerləri mövcuddur. İşgəncə yerləri açıq-aşkar görünür. Onu da qeyd etmək istəyirəm ki, Şuşa həbsxanasının ərazisində yay ərzində ümumilikdə 34 nəfərin qalıqları aşkar edilib. Burada aşkar olunan insan qalıqlarının üzərində görünən işgəncə izlərinə baxarkən bir daha Ermənistanın beynəlxalq hüquq normalarına, beynəlxalq konvensiya tələblərinə zidd hərəkət etmələri və onlara riayət etməmələrinin öz əksini tapdığını görmək olur”(apa).

Post navigation

Previous: Azərbaycan Ordusunun Aİ müşahidəçilərini atəşə tutması həqiqətə uyğun deyil
Next: “Azərbaycan ordusu bizə atəş açmayıb, yalandır” –

Oxşar xəbərlər

hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.