Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bərdədə Qazi və Vətən müharibəsi iştirakçıları üçün seminar təşkil olunub –

User 18 Avqust 2023 - 09:25 (Last updated: 21 May 2025 - 20:15)
sehid tedbir

16 avqust 2023-cü il tarixində Bərdə rayonunda Qazilərlə, Vətən müharibəsi iştirakçıları ilə bağlı tədbir-seminar düzənlənib.

Tədbir Qubalı İkinci Vətən Müharibəsi Şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı, o cümlədən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.

Azpost.info bildirir ki, Bərdə rayonunda adıçəkilən Birliyin qalib gəldiyi qrant layihəsi çərçivəsində baş tutan tədbir-seminar iki saata yaxın davam edib.

Bərdə rayon Peşə Liseyində keçirilən tədbirdə “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri, Şəhid anası Tünzalə Abduləlimova, Bərdəli Şəhid anası, sözügedən təşkilatın Bərdə rayon təşkilatının sədri Mehparə Qəribova, Qubalı Şəhid anası Gülbacı Lətifova, Bərdəli Şəhid və Qazi anası Nigar Yusifova, “Vətən Naminə” təşkilatıınn digət təmsilçiləri, o cümlədən Bərdəli və Goranboylu Qazilər iştirak ediblər.

İki saata yaxın davam edən tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra layihənin mahiyyəti, məqsədi barədə danışılıb, məlumat verilib, çıxışlar olunub.

Tədbirdə Şəhid anaları Tünzalə Abduləlimova, Mehparə Qəbribova, Gülbacı Lətifova, Nigar Yusifova, Bərdəli və Goranboylu Birinci və İkinci Vətən Müharibəsi Qaziləri və digər şəxslər çıxış edib, fikir mübadiləsi aparılıb.

Qazilərin problemləri dinlənilib.

Çıxışlarda xüsusilə, Qazilərə mənəvi-psixoloji dəstək göstərilməsindən, onların diqqət və qayğı ilə əhatələnməsinin zəruriliyindən bəhs olunub.

Tədbir sonra çay süfrəsi arxasında qeyri-rəsmi şəkildə davam edib.

Post navigation

Previous: Azərbaycana mal idxal edən ilk “beşlik”də hansı ölkələr yer alır? –
Next: Valyuta məzənnələri

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.