Fransadan Azərbaycana qarşı avanturist addım –Yük maşınları Laçın yoluna doğru gəlir /VİDEO

Fransa Azərbaycana qarşı beynəlxalq hüquq prinsiplərini kobud pozaraq təxribata əl atıb. 

Azpost.info bildirir ki, Fransadan  Xankəndinə göndərilən humanitar yüklə dolu avtomobillər İrəvanın Respublika meydanından Laçın yoluna doğru yola düşüblər.

İlkin məkumata görə, yük karvanını Fransanın və Strasburqun merləri müşayiət edirlər.

NEWS.am-in verdiyi məlumata görə, Paris və Fransanın bir sıra iri rayonları tərəfindən Qarabağa göndərilmiş humanitar yük maşınları karvanı avqustun 30-da Laçın yolunun girişində olacaq.

Paris meri Ann Hidalqo humanitar yardım karvanını müşayiət etmək üçün avqustun 30-da Ermənistana gələcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.