Filippində güclü zəlzələ oldu

observerbd.com_1572501891

Filippinin Davao şəhərində baş vermiş zəlzələ nəticəsində prezident Rodriqo Dutertenin evində çatlar əmələ gəlib.

Trend-in məlumatına görə, yeraltı təkanlar zamanı prezident həmin evdə olub.

Evin divarında və tavanında çatlar yaranıb, prezident özü xəsarət almayıb.

Qeyd edək ki, Davao şəhərində Rixter cədvəli ilə 6,8 bal gücündə zəlzələ, daha sonra bir neçə təkan qeydə alınıb. Son məlumatlara görə, 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir