YAP-çı deputatdan Primakovla bağlı sərgiyə etiraz:“20 Yanvar qırğınında bilavasitə iştirak edib”

“Akademik, keçmiş SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Yevgeni Primakovun bizə-Azərbaycan xalqına və dövlətinə qarşı münasibəti heç zaman yaxşı olmayıb.  1990-ci ilin  qanlı 20 Yanvar hadisələrinin törədilməsində  keçmiş SSRİ rəhbərlərindən biri kimi Primakov da bilavasitə iştirak edib”.

Azpost.info bildirir ki, bunu etikxeber.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili  Tahir Rzayev deyib.

“Həmin vaxt o müəyyən məsələlərə müdaxilə edib.  Hətta, o zaman Azərbaycan Xalq Cəbhəsinə-onun bəzi üzvlərinə, liderlərinə müəyyən istiqamət verilməsində, keçmiş hakimiyyətə qarşı qaldırılmasında onun rolu var. Bu baxımdan, onun fəaliyyətini, ümumiyyətlə, mənfi hesab edirəm, onun atdığı addmları düzgün hesab etmirəm”-deyən millət vəkili eyni zamanda, istəmir ki, indi onun fəaliyyəti müsbət istiqamətdə işıqlandırılsın, müsbət fonda təbliğ edilsin.

“Onun Azərbaycana qarşı etdikləri deyilməlidir, dilə gətirilməlidir. Onun Azərbaycana, Azərbaycan xalqına qarşı əvvəldən münasibəti heç yaxşı olmayıb.

İstər 31 ildən artıq davam edən Qarabağ məsələsində yaxşı mövqedə olmayıb,  istər Ulu Öndər Heydər Əliyevin özünə qarşı onun yaxşı münasibəti olmayıb, istərsə də bütövlükdə Azərbaycana, Azərbaycan rəhbərliyinə qarşı mənfi mövqedə olub. Odur ki, mən Primakovun təbliğ olunmasının, onun fəaliyyətinin müsbət qiymətləndirilməsinin, nə bilim yubiley, müsabiqə keçirilməsinin tərəfdarı deyiləm.

Mənim bir vətəndaş kimi Primakova münasibətim yaxşı deyil, mənfidir”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda 400-dən artıq şəxsin vətəndaşlığı ləğv edilib

Sonrakı məqalə

Filippində güclü zəlzələ oldu