Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

SSRİ-də televiziyanın qurucusu olan azərbaycanlı 100 yaşında vəfat etdi

User 07 Sentyabr 2023 - 10:26 (Last updated: 21 May 2025 - 20:15)
enver memmedov

Əfsanəvi sovet jurnalisti, “Sovinformbüro”nun keçmiş baş redaktoru, Nürnberq məhkəməsində tərcüməçi olmuş məşhur azərbaycanlı Ənvər Məmmədov vəfat edib.

Bu barədə onun yaxınları RİA Novosti-yə bildiriblər.

Ə.Məmmədov Nürnberq məhkəməsində surdo tərcüməçidən Sovet televiziyasının rəhbərinə qədər böyük həyat  yolu keçib.

Ənvər Nazim oğlu Məmmədov 1923-cü il avqustun 15-də Bakı şəhərində müəllim ailəsində dünyaya gəlib. Atası Nazim Məmmədov  çox savadlı və imkanlı insan olub. O, müəllim işləməklə yanaşı, hakim kimi fəaliyyət göstərib. Nazim Məmmədov həbs edilmiş və 1949-cu ildə həbsxanada vəfat etmişdi. Ölümündən sonra bəraət almışdı.
Anası Olqa İvanova rus zadəgan ailəsindən olub. Moskva Konservatoriyasını bitirmişdi. Ana xətti ilə Lev Tolstoyun qohumu idi.

Yeddinci sinfi bitirdikdən sonra Ənvər Məmmədov çilingər köməkçisi işləməyə başlayır, məktəbi bitirdikdən sonra isə 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunur. Lakin aldığı zədəni əsas gətirərək onu məktəbdən xaric edirlər. Əslində məktəbdən uzaqlaşdırılmasına səbəb atasının həbsi idi.

Bundan sonra Ənvər Məmmədov Bakıya qayıdır və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilir. Böyük Vətən Müharibəsində iştirak edir, aldığı xəsarətə görə ordudan tərxis olunur. Onun Avropa dillərini bilməsi Sovet rəhbərliyinin işinə yarayır.

21 yaşlı Ənvər Məmmədov SSRİ-nin İtaliya səfirliyində hərbi attaşe olur. İkinci Dünya müharibəsindən sonra qalib ölkələrin faşistlərin Üçüncü Reyxi üçün qurduğu Nürnberq məhkəməsində alman generalı Fridrdix Paulsun özünü öldürdüyü deyilsə də, onu gizli yollarla hərbi tribunala gətirən Ənvər Məmmədov olur. Paulsun faşistlərin törətdiyi qətllər barədə ifadələrini məhkəmədə məhz Ənvər Məmmədov tərcümə edir. Həmin vaxt bu tərcümələr bütün dünyanı lərzəyə gətirir.

Ə.Məmmədov 1950-ci ilin fevralına kimi Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1956-cı ilə qədər Radio Komitəsinin baş redaksiyasının baş redaktoru (xaricdə yayımlanan) vəzifəsində çalışıb.

1956-1959-cu illərdə SSRİ-nin Vaşinqtondakı səfirliyinin müşaviri-elçisi, “SSRİ” jurnalının baş redaktoru olub. 1959-1960-cı illərdə – Sovet İnformasiya Bürosunun baş redaktoru, rəhbərin birinci müavini, 1962-1985-ci illərdə – SSRİ Dövlət Televiziya və Radio Komitəsi sədrinin birinci müavini işləyib.

RİA Novosti xəbər agentliyinin baş redaktorunun müşaviri olub. Son vaxtlar bu agentlikdə məsləhətçi işləyib. Yeddi orden və on medalla təltif olunub, ingilis, alman, italyan və fransız dillərini bilirdi.

Bu il avqustun 15-də 100 illik yubileyini qeyd edib. Bu hadisə ərəfəsində o, “Aleksandr Nevski ordeni” ilə təltif edilib. Həmkarları ondan istedadlı rəhbər kimi danışır, onu “sovet və rus jurnalistikasının patriarxı”, SSRİ-nin “Dövlət Televiziya və Radio Verilişlərinin şahzadəsi” adlandırırdılar.
Oğlu Georgi atasının yolunu davam etdiri, o da diplomatdır. (Modern.az)

Allah rəhmət eləsin.

Post navigation

Previous: “Messi ilə daha rəqib deyilik, rəqabət bitdi” –
Next: Prezident Türk Dövlətləri Təşkilatının nazirlərini qəbul edib

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.