“G20 Ukrayna məsələsində kompromis əldə edə bilməyib”- Rişi SUNAK

“G20 ölkələri Çinin mövqeyinə görə hələ də Ukrayna məsələsində kompromis əldə edə bilməyib”.

Azpost.info xəbər verir ki, bunu Britaniya Baş naziri Rişi Sunak deyib.

Onun sözlərinə görə, hazırda rəsmilər arasında danışıqlar çətin gedir. Çin nümayəndələri iqlimlə bağlı məsələlərdə də sammitin digər iştirakçıları ilə razılaşmırlar.

“Biz hələ məqsədimizə çatmamışıq”, – Sunak bildirib.

“Bloomberg” yazır ki, danışıqların uzanmasına səbəb Almaniyanın G20-dən Ukraynada xüsusi hərbi əməliyyat çərçivəsində Rusiyanın hərəkətlərini açıq şəkildə pisləməyi tələb edən qəti mövqeyi olub. Lakin sammit iştirakçılarının heç də hamısı bununla razılaşmır.

Rusiya, Çin və Səudiyyə Ərəbistanının Avropadan fərqli mövqeləri səbəbindən iqlim məsələsində də kompromis əldə olunmayıb.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.