Ordubad istiqamətində mövqelərimiz atıcı silahlardan atəşə tutulub- Müdafiə Nazirliyi

Sentyabrın 8-i saat 13:35-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Bundan başqa, saat 14:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.