Uşaqlarda rotavirusun təhlükəli əlamətləri- NƏ ETMƏLİ?

Rotavirus infeksiyasının əksər hallarda tam sağalma ilə başa çatmasına baxmayaraq, bəzən ağırlaşmalar və ölümcül nəticələr də mümkündür.

Azpost.info xəbər verir ki, bunu pediatr, infeksionist, Rusiya Milli Elmi-Tədqiqat Tibb Universitetinin Uşaqlarda yoluxucu xəstəliklər kafedrasının dosenti İvan Konovalov deyib.

Konovalov uşaqlarda hansı həyəcanverici simptomların onların dərhal xəstəxanaya yerləşdirilməsini tələb etdiyi barədə danışıb.

Mütəxəssis qeyd edib ki, azyaşlı uşaqlar ağır rotavirus infeksiyasına xüsusilə həssasdırlar. Onlar üçün əsas təhlükə, qusma və ishaldır ki, bu da orqanizmdə ciddi maye itkisinə səbəb olur: “Vaxtında və düzgün olmayan müalicə hipovolemik şoka, bəzən ölümcül nəticələrə səbəb ola bilər. 5-7 yaşdan yuxarı uşaqlarda, bir qayda olaraq, rotavirus qastroenteriti daha yüngül olur. Lakin orqanizmdə ciddi maye itkisi fonunda ağırlaşma ola bilər. Hər hansı bir ağır xroniki patologiyası olan uşaqlara gəldikdə, bura rotavirus da daxil olmaqla hər hansı bir infeksiyanın əlavə edilməsi mövcud xəstəliyi ağırlaşdıra bilər. Xəstəliyin şiddətinə alınan virusun dozası da təsir göstərir”.

Konovalov qeyd edir ki, bBir qayda olaraq, rotavirus infeksiyası bədən istiliyinin artması, halsızlıq, yemək-içməkdən imtina, ürəkbulanma, qusma və boş və ya sulu ishal və yuxulu vəziyyətlə xarakterizə olunur. Orta və yüngül hallarda bu əlamətlər təqribən 3-5 gün çəkir. Bəzənsə 7 günə qədər davam edə, sonra xəstə tam sağala bilər.

Həkim əlavə edib ki, xəstəliyin başlanğıc mərhələsində valideynlər mütləq tibbi yardım almalıdırlar, çünki bu infeksiyanın vəziyyətində kəskin pisləşmə kifayət qədər sürətli ola bilər – 1-2 gün ərzində: “Xəstəxanaya qədər erkən mərhələdə ən vacib şey uşağa maye verməkdir. Maye kiçik dozalarda verilməldir, çünki infeksiyadan qıcıqlanan mədə çox miqdarda mayenin qəbuluna dərhal spazm və qusma ilə reaksiya verəcək. Buna görə də mayeni qaşıq və ya şprislə vermək lazımdır”.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.