Azərbaycan Ordusunun Gədəbəydəki mövqeləri atəşə tutulub

Sentyabrın 11-i saat 13:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, MN-dən bildirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.