Bu il 34,1 min şəxsə əlillik təyin edilib,- RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar-avqust ayları ərzində 34,1 min şəxsə əlillik təyin edilib. Onlardan 16,8 mininə ilkin, 17,3 mininə təkrar əlillik təyinatı aparılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əlilliyin qiymətləndirilməsi elektron sistem vasitəsilə, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumat əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Bu ilin 8 ayında agentliyin reabilitasiya mərkəzləri tərəfindən 49,1 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.