Paşinyanın istefası tələbi ilə keçirilən aksiyada 30 nəfər saxlanılıb

Ermənistan polisi İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyada iştirak edən 30 nəfəri saxlayıb.

Azpost.info xəbər verir ki, iki nəfər inzibati, daha 28 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.

“Dünənki aksiyada 30 nəfər saxlanılıb, onlardan 28-i cinayət məsuliyyətinə cəlb edilib, materialları İstintaq Komitəsinə verilib”, – polis bildirib.

Sentyabrın 20-də axşam İrəvanın mərkəzində etiraz aksiyaları keçirilib. Aksiyalar nümayişçilərlə polis arasında toqquşmaya çevrilib. İnsanlar təhlükəsizlik qüvvələrinə və hökumət binasına daş, şüşə və yumurta atıblar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.